Bia.Az

Qurbanovun məğlubiyyət şərhi: Səviyyə fərqi...

İdman
 27-10-2023, 01:56     593

Çox yaxşı komandaya məğlub olduq. Bu gün səviyyə fərqinin şahidi olduq.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04" klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında bildirib.

"Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlara da yol verdik. "Bayer 04" topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi", - Q.Qurbanov qeyd edib.скачать dle 12.1