Bia.Az

Avropanın XİN rəhbərləri Ceyhun Bayramovla Qubad İbadoğlunun məsələsini müzakirə edib – İDDİA

Cəmiyyət
 26-10-2023, 11:10     359

Böyük Britaniya və Avropa İttifaqına üzv olan bir neçə ölkənin xarici işlər naziri azərbaycanlı həmkarları Ceyhun Bayramovla hazırda həbsdə olan Qubad İbadoğlunun məsələsini müzakirə edib.

BİA.az bildirir ki, bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən daxil olan məlumatda deyilir.

Məlumata görə, avropalı diplomatlar İbadoğluna irəli sürülən ittihamların inandırıcı olmadığını açıq şəkildə Bayramovun diqqətinə çatdırıblar. Avropalı diplomatlar bildiriblər ki, ölkələrinin parlamentləri tərəfindən Qubad İbadoğlunun azadlığa buraxılmasına nail olmaq onların qarşısında prioritet məsələ kimi qoyulub.

İbadoğlunun həbsi zamanı özünə və ailəsinə qarşı xüsusi zorakılıq törədilməsi də azərbaycanlı nazirə irad kimi bildirilib.

Məlumatda Ceyhun Bayramovun məsələnin “müsbət həll olunacağına” dair vədi yer alıb.

Qeyd edək ki, saxta pul ittihamı ilə həbs olunan Qubad İbadoğluna həbsinin ilk günlərindən yerli və beynəlxalq dəstək ifadə olunub.


ABŞ və Avropa ölkələrinin hökumət və parlamentləri ilə yanaşı dünyanın nüfuzlu insan haqları qurumları İbadoğluya açıq dəstəyini ifadə edib.скачать dle 12.1