Bia.Az

TƏCİLİ! 360 min əsgər orduya cəlb olundu, hərbi xidmətə çağırılanlar...

Dünya
 26-10-2023, 10:51     379

İsrailin Qəzzadakı müharibə ilə bağlı xərci gündə təxminən 246 milyon dollardır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin maliyyə naziri Bezalel Smotriç açıqlayıb.

Smotrich həmçinin hökumətin 2023-2024-cü illər üzrə milli büdcəsinin "artıq qüvvədə olmadığını" və dəyişdiriləcəyini bildirib.

İsrailli nazirin xərc hesablamasında HƏMAS-ın oktyabrın 7-dən etibarən hər gün atdığı raketlərin qarşısını almaq və orduya çağırılan ehtiyat əsgərlərin xərcləri daxil deyil. 10 milyon əhalisi olan ölkədə 360 min ehtiyat əsgər orduya çağırılıb. Bu rəqəm ölkənin iqtisadi gücünün 8 faizinə uyğun gəlir. İsrailin milli gəlirinin, demək olar ki, 20 faizini təşkil edən və iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri olan yüksək texnologiya sektorunda çalışanların 15 faizinin hərbi xidmətə çağırıldığı təxmin edilir.

İsrailin Meitav İnvestisiya Evinin hazırladığı yeni hesabata görə, HƏMAS-a qarşı müharibənin ümumi dəyəri 17,2 milyard dolları keçə bilər.скачать dle 12.1