Bia.Az

Zaxarovanı “hansısa katibə” adlandırmışdı: Yeni sözü bu oldu – "Səhv deməmişəm"

Dünya
 26-10-2023, 01:47     482

“Rusiya cəmiyyətimizdə əks effekt verən işlər görür”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Rusiya kanalının yayımladığı reportaj (Baş nazir Nikol Paşinyan əleyhinə), Rusiya XİN-in “rəqqasə” açıqlaması, təbliğatla məşğul olan məşhur şəxslərin birbaşa təhqirləri necə olsun?”, - spiker bildirib.

Simonyan rəsmi İrəvanın bu kimi səbəblərə görə Moskvaya nota verdiyini söyləyib.

Spiker vaxtilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı “hansısa katibə” adlandırması ilə bağlı suala da cavab verib.

“Mən bunda səhv bir şey görmürəm. Bu, baş verənlərə cavab idi. Rusiya tərəfi bütün bu vəziyyətdə nəsə etməyə çalışır ki, bu da cəmiyyətimizdə əks effekt verir. Növbəti dəfə belə bir şey etmək istəyəndə iki dəfə düşünsünlər”.скачать dle 12.1