Bia.Az

ABŞ prezidentliyinə namizəd "həll yolu"nu tapdı - "Əraziləri Rusiyaya verin"

Dünya
 25-10-2023, 13:36     410

ABŞ Ukraynadakı münaqişəni tez bir zamanda həll etmək üçün Rusiyaya yeni ərazilərin daxil olmasını tanımalıdır.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı deyib.

“İnanıram ki, düzgün qərar sülhə nail olmaq üçün ağlabatan yol budur. Bu, münaqişənin tez bir zamanda sona çatmasına kömək edəcək bir razılaşma olacaq. Mövcud nəzarət xətlərini təxminən indi olduğu yerdə dondurmaq lazımdır. Rusdilli əraziləri Rusiyaya verin”, – o qeyd edib.скачать dle 12.1