Bia.Az

Paşinyan qapalı iclasda gizli planını açıqladı - Ermənistan KİV

Siyasət
 25-10-2023, 13:07     333

Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağdakı keçmiş qondarma rejimin rəhbərləri arasında qarşıdurma artır.

Bu barədə “Johovurd” qəzeti açıqlama yayıb. Adıçəkilən mətbu orqan Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin qapalı iclasında bununla bağlı aparılmış müzakirlərin eksklüziv təfərrüatlarını əldə etdiyini yazır.

“Johovurd” qəzeti qeyd edir ki, Nikol Paşinyan iclasda partiya yoldaşlarına hazırda rusların hakimiyyəti onun əlindən almaq istədiyini, ona görə də onun qorunub saxlanması üçün sərt və dəqiq addımlar atılmalı olduğunu bildirib.

“Məsələ burasındadır ki, Paşinyan da onun hökumətinin anti-Rusiya addımlarının nəticəsiz qala bilməyəcəyini, özünün qeyri-sabit xarici siyasəti nəticəsində Rusiyanın artıq Ermənistanı etibarlı tərəfdaş hesab etmədiyini, Ermənistanda hakimiyyətin dəyişməsini istədiyini çox yaxşı başa düşür. Belə ki, Nikol Paşinyan partiya yoldaşlarına ilk növbədə, əsas silahlarından istifadə etməyi, yəni cəmiyyəti parçalayıb nifaq salmağı tapşırıb.

“Qarabağlılar”ın (Qarabağdan köçən ermənilər-red.) Ermənistan hakimiyyətindən tələb etdiyi kimi, burada aksiyalar keçirməyə davam etməsi üçün hər şey edilməli, hüquq-mühafizə orqanları quldurlara qarşı mübarizəyə başlamalı və Qarabağın üç keçmiş “prezident”indən ədalət tələb etməlidir. Başqa sözlə, Paşinyan nəyin bahasına olursa- olsun Qarabağın (özünü buraxmış qondarma rejim-red.) “rəhbərliyi”ni gözdən salmaq istəyir. Əsas hədəf Samvel Şahramanyandır. Narazılıq oxlarının Şahramanyana tərəf yönəldilməsi üçün hər şey etmək lazımdır. Lakin Paşinyan bununla məhdudlaşmaq istəmir.

O, “Vətəndaş Müqaviləsi”nin üzvlərinə erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, əvvəlki hakimiyyətin Rusiyanın köməyi ilə geri qayıtmaq istədiklərini hər cür bəyan etməyi tapşırıb. Bu planları həyata keçirmək üçün o, bütün resurslardan- saxta məlumatlardan, qərbpərəstlərdən, deputatlardan istifadə və bu tezisləri bütün platformalarda təbliğ etmək göstərişi verib. Artıq hökumət deputatları Samvel Babayan və onun kiçik komandasının da qoşulduğu media resursları ilə işləməyə başlayıblar. Görək nə olacaq”,-adıçəkilən qəzet belə yazır. 
//Cebhe.info//скачать dle 12.1