Bia.Az

Ağcabədidə “Heydər Parkı” əsaslı təmir olunur - FOTOLAR

Bölgə
 25-10-2023, 12:48     808

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq ağcabədililərin sevimli məkanı olan Heydər Əliyevin adını daşıyan  Mədəniyyət və İstirahət parkı əsaslı təmirə dayanıb. Belə ki, burada işıq dirəkləri yeniləri ilə əvəz olunur, mədəni-kütləvi tədbirlərin, konsert proqramlarının, müxtəlif görüşlərin, təqdimatların keçirilməsi üçün nəzərdə tutulan daha müasir, daha gözəl səhnə inşa edilir. Eyni zamanda burada tamaşaçılar üçün yeni oturacaqlar quraşdırılaraq onların sayının əvvəlkindən daha çox olması planlaşdırılır. Parkarası yolların asfalt, səkilərin isə metlax-bardur, ağ layla döşənilməsi işləri sürətlə davam edir. Eyni zamanda səhnənin arxasında mədəniyyət işçilərinin, incəsənət xadimlərinin soyunub-geyinmə otağı kimi nəzərdə tutulan qarderobun da tikintisi həyata keçirilir. Hazırda parkda yaşıllaşdırma işləri də bağlı bir sıra işlər görülür. Belə ki, burada köhnə ağaclar budanır, yeni ağaclar və bəzək kolları əkilir, ağacların dibləri yumşaldılaraq zərərli alaq otlarından təmizlənir.

Qeyd edək ki, “Heydər Parkı”nda təmir işlərinin “8 Noyabr – Zəfər Günü”ndə tam yekunlaşdırılaraq rayon ictimaiyyətinin istifadəsinə verilməsi nəzərdə tutulub.//
Azerinform.az

скачать dle 12.1