Bia.Az

AMEA “Gündəlik Tələbat”dan kimyəvi reaktiv alır - Gülməcə kimi tender...

Cəmiyyət
 25-10-2023, 11:25     280

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Gündəlik Tələbat” MMC olub.

Yeniavaz.com xəbər verir ki, İnstitut kimyəvi reaktivlərin satın alınmasına görə “Gündəlik Tələbat” MMC-yə 18 min 570 manat ödəyəcək.

Nizamnamə kapitalı 20 manat olan “Gündəlik Tələbat” MMC-nin hüquqi ünvanı Zaqatala rayonu, Zaqatala şəhəri, İ.Şamil, ev 15-də yerləşir.

 Şirkətin qanuni təmsilçisi Kərimov Şahlar Fikrət oğludur.скачать dle 12.1