Bia.Az

ABŞ qüvvələrinə 14 hücum: 24 yaralı var - General

Dünya
 25-10-2023, 11:05     287

Yaxın Şərqdəki ABŞ əsgərləri son bir həftə ərzində 14 PUA və raket hücumuna məruz qalıb, nəticədə 24 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi general Pet Rayder məlumat verib.

Onun sözlərinə görə, İraqdakı ABŞ hərbçiləri oktyabrın 17-dən 24-nə kimi 11 dəfə, Suriyada isə 3 dəfə hücuma məruz qalıblar.

General bildirib ki, bir müddət öncə Pentaqon rəsmiləri ABŞ-a qarşı hücumların arxasında İranın dayandığını bildirsələr də, bununla bağlı hələlik heç bir sübut yoxdur:

“Ayın 17-də İraqdakı Ayn-əl-Əsəd bazasına raket atıldı. Bir gün sonra baza yenidən hücuma məruz qaldı. Hücum zamanı 4 nəfər yaralandı, eləcə də bazaya ziyan dəydi. Həmin Ərbil yaxınlığındakı Əl-Hərir aviabazasına və Suriyadakı Əl-Tənif bölgəsindəki qarnizona da hücum edildi.

 Qarnizona hücum zamanı 20 ABŞ hərbçisi yaralandı.

Oktyabrın 19-da ABŞ-ın “USS Karni” gəmisi Yəməndə husilər tərəfindən atılan 4 qanadlı raketi və 15 PUA-nı vurdu.

Bundan başqa, Bağdad beynəlxalq hava limanı yaxınlığındakı Diplomatik Dəstək Mərkəzinə, 20 oktyabrda Əl-Hərir aviabazasına və 23 oktyabrda Suriyadakı Əl-Tənif qarnizonuna da hücumlıar edilib”скачать dle 12.1