Bia.Az

Azərbaycanda məhbuslar məzuniyyətə buraxıldı - İlk dəfə

Cəmiyyət
 25-10-2023, 01:14     372

Azərbaycanda ilk dəfə bir neçə məhbus məzuniyyətə buraxılıblar.

Teleqraf.com xəbər verir ki, bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar, müddət bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər.
Məlumatı Penitensiar Xidmətdən də saytımıza təsdiq ediblər.

Bildirilib ki, bundan başqa, yeni təyin olunmuş Xidmət rəisi Mirsaleh Seyidovun tapşırığı ilə çoxsaylı yeniliklər tətbiq olunub. Yeni çağrı mərkəzi yaradılıb, sosial şəbəkə hesabları istifadəyə verilib və təcridxanalarda və cəzaçəkmə müəsissələrində korrupsiya halları ilə mübarizə sərtləşdirilib.скачать dle 12.1