Bia.Az

Ramiz Yunus hökumətlə barışıb? - FOTO

Cəmiyyət
 24-10-2023, 12:47     393

Uzun illərdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayan və Azərbaycan hökumətinin sərt tənqidçilərindən biri kimi tanınan politoloq Ramiz Yunus növbəti dəfə Bakıya gəlib.

DİA.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri onunla hökumət arasında barışıq əldə edildiyi və buna görə də təhlükəsiz şəkildə Azərbaycana gəldiyini iddia edir.

Onu da qeyd edək ki, Azərbaycana gələn Ramiz Yunusa Şuşanı ziyarət etməsi üçün şərait də yaradılıb.

Bundan başqa o, hökumətə yaxınlığı ilə seçilən bir sıra şəxslərlə də görüşüb.

Ramiz Yunus hökumətlə barışıb?

Qeyd edək ki, Ramiz Yunus məşhur hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunusun qardaşıdır.

Ramiz Yunus “GününSəsi”nin Azərbaycan hökuməti ilə barışması barədə iddialara dair sorğusunu cavablandırmaqdan imtina edib.
скачать dle 12.1