Bia.Az

Ermənistan parlamentindəəlbəyaxa dava - Deputatlar bir-birini baş kəsməklə hədələyib

Dünya
 8-05-2020, 16:03     505

Ermənistan parlamentindəəlbəyaxa dava - Deputatlar bir-birini baş kəsməklə hədələyib

Mayın 8-də Ermənistan parlamentində müxalifət fraksiyası olan “Çiçəklənən Ermənistan”ın lideri Edmon Marukyanla hakim “Mənim addımım” fraksiyasının təmsilçisi Sasun Mikaelyan əlbəyaxa olublar. Həmkarlarının müdaxiləsindən sonra dava dayandırılıb.

Tribunadan çıxış edən Marukyan hakim fraksiyanın deputatlarını tənqid edib. Yerlərdən buna cavab replikası eşidilib. Sasun Mikealyanın replikasından sonra müxalifət fraksiyasının lideri tribunadan düşüb, hakim fraksiyadan deputat isə yerindən qalxıb və dava ediblər.

Deputatlar, iclasaBaş nazir NikolPaşinyanınrəhbərliyiiləqatılanhökumət üzvləridalaşanları ayırabiliblər. Bundan sonra Marukyan tribunaya qayıdaraq çıxışını davam etdirib. O deyib:“Məni nə qədər bərk döyürlərsə döysünlər, danışacağam. Kimsə məni gizlicə arxadan vurdu”.

Sasun Mikaelyan yerindən müxalifətçi deputatın dediklərinə reaksiya verib. Amma Edmon Marukyan sözlərinə davam edib:“Mənim başımı kəsəcək adam hələ dünyaya gəlməyib. Burada özünüzü Şmays (keçmiş hökumətyönlü deputat, parlamentdə tez-tez özündən çıxırdı- red.) kimi aparmağı dayandırın. Özünüzü tərbiyəli aparın. Bəsdirin, artıq bu mədəniyyətə burada yer yoxdur. İnqilab həm də ona görə baş verdi ki, burda debat mədəniyyəti formalaşsın”.

Bundan sonra spiker Ararat Mirzoyan iclası kəsib, fasilə elan edib. (azadliq.org)скачать dle 12.1