Bia.Az

İsrailə ilk dəfə zəng etdi – Fələstini dəstəklədi

Dünya
 24-10-2023, 10:59     264

Çin xarici işlər naziri Vanq Yi israilli və fələstinli həmkarları ilə danışıb və Qəzzada mülki insanları qorumağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu, İsrail-HƏMAS müharibəsi başlayandan bəri tərəflər arasında ilk telefon danışığı olub.

Çinin baş diplomatı həmkarlarına bütün ölkələrin özünümüdafiə hüququnun olduğunu, amma mülki insanları qorumaq və beynəlxalq hüquqa riayət etməli olduqlarını söyləyib.

Vanq israilli həmkarı Eli Kohenlə apardığı danışıqlarda Çinin davam edən münaqişədən dərin narahat olduğunu bildirib.

“Bütün ölkələrin özünümüdafiə hüququ var, amma tərəflər beynəlxalq humanitar hüquqa riayət etməli və mülki şəxslərin təhlükəsizliyini qorumalıdır. İndi ən aktual vəzifə vəziyyətin daha da gərginləşməsinin və daha ciddi humanitar fəlakətə gətirib çıxarmasının qarşısını almaqdır”, - çinli nazir vurğulayıb.скачать dle 12.1