Bia.Az

Planları açıqlandı - Rusiya ərazilərinə zərbələr endiriləcək

Dünya
 24-10-2023, 10:51     278

Ukrayna Silahlı Qüvvələri bu qış Rusiya ordusunun arxa cəbhədəki komanda mərkəzlərinə, sursat anbarlarına və təchizat xətlərinə raketlərlə zərbə endirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazır.

ABŞ nəşri iddia edir ki, Ukrayna hərbçiləri bu yolla Rusiyanın döyüş qabiliyyətini zəiflətmək istəyir. Xüsusilə, Amerikanın ATACMS raketləri Ukrayna ordusuna rusların bütün işğal olunmuş ərazilərdəki mövqelərinə zərbə endirmək imkanı verir. Bundan başqa, Ukrayna qoşunlarının cənubda irəliləməsi Rusiya üçün yeni problemlər yaradır.

Eyni zamanda, təhlildə qeyd olunur ki, Rusiya bu il hərbi əməliyyatlar teatrına ötən illə müqayisədə daha yaxşı uyğunlaşıb. Rusiya ukraynalıların hücumlarına qarşı çıxmaq üçün təchizat marşrutlarını dəyişməyə, artilleriya və aviasiyasından istifadə etməyə cəhd edə bilər.

Analitik Cek Uotlinqin fikrincə, rus qoşunları geniş cəbhədə müdafiəyə cəlb edilərsə və maddi-texniki təminatı ciddi şəkildə pozularsa, sözün əsl mənasında islana və dona bilərlər.

Öz növbəsində Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələr endirəcəyi də proqnozlaşdırılır.скачать dle 12.1