Bia.Az

Mirzəyan Tehranda ikən Papikyan niyə Parisdə idi?

Siyasət
 24-10-2023, 01:27     351

Bu gün Tehranda Gürcüstan istisna olmaqla, “3+3” formatında (Azərbaycan, Türkiyə, Ermənistan, İran, Rusiya) xarici işlər nazirləri səviyyəsində keçirilən görüş İrəvan üçün növbəti fiasko hesab oluna bilər. Bir daha qənaət hasil oldu ki, Güney Qafqazda sülhə və normal birgəyaşayışa ən böyük əngəl məhz kapitulyant ölkədir. Onun bölgədən min kilometrlərlə uzaq məkrli güclərin əlində hələ də alət olmaq sevdasıdır.

“Regional sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişindən keçir”.
Bunu görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. Qardaş ölkənin baş diplomatı həmçinin regional kommunikasiyaların açılmasının normallaşma prosesini və sülhün əldə olunmasını sürətləndirəcəyini vurğulayıb.
Başqa sözlə, nazir bir daha, aydın şəkildə rəsmi İrəvana çatdırıb ki, Azərbaycanla sülh müqaviləsi olmadan Türkiyə ilə də əlaqələrin normallaşacağına və blokadadan qurtulacağına ümid bəsləməsin. Ermənistanın “izqoy”, “dalan ölkə” statusu dəyişməyəcək.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da təbii ki, eyni mövqedən çıxış edib, Bakının böyük sülhlə bağlı prinsipial baxışını növbəti dəfə ortaya qoyub. Bölgə ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Azərbaycan və Ermənistan arasında münaqişə əsasən həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır. O, iki ölkə arasında delimitasiya prosesinin başlanmasına Moskvanın yardım etməyə hazır olduğunu söyləyib.
Lavrovun yanaşması təkcə Azərbaycanın maraqları baxımından yox, bütövlükdə Qafqazda sabitlik və inkişafın bərqərar olması üçün yetərincə praqmatik və sayıla bilər, əgər əlbəttə ki, Moskva əməldə də eyni mövqedən çıxış edib sülh anlaşması yönündə ardıcıl və konstruktiv addımlar atsa, səmimi olsa.
“Qafqazda müharibələr dövrü bitdi, əməkdaşlıq dövrü başlamalıdır”.
Bunu da İran xarici işlər naziri Hüseyn Abdullahian bildirib. O, bölgənin problemlərini müstəsna olaraq bölgə ölkələrinin çözməli olduğuna diqqət yönəldib. Yəni ki, Fransanın, Almaniyanın, ümumən kollektiv Qərbin, Avropa Birliyinin bura burun soxmasına gərək yox. İsmarışın kimə ünvanlandığı bəlli.
Məlumdur ki, aşağı-yuxarı regionun digər qonşu ölkələri, o cümlədən Azərbaycan eyni xətrin daşıyıcısıdır - Ermənistan xaric əlbəttə ki. O Ermənistan ki, hələ də bölgədə əməkdaşlığın və təhlükəsizliyin fəlsəfəsinə zidd olaraq, inadla təhlükəli “iki stul” siyasətini davam etdirir. Qərblə riskli oyun oynayır, öz ərazisində Fransa kimi avantürist dövlətin, Avropa Biliyini kimi təxribatçı təşkilatın hərbi-siyasi varlığına çalışır, Ermənistanı faktiki poliqona çevirir.
Yeri gəlmişkən, XİN başçısı Ararat Mirzəyan Tehranda olarkən Ermənistanım müdafiə naziri Suren Papikyan da Parisdə Fransada səfərdə idi, müdafiə naziri Sebastyan Lekornyü ilə görüş keçirirdi. Artıq məlumdur ki, tərəflər hərbi saziş imzalayıb. Fransa Ermənistana bir sıra silah növləri verməyə rəsmən boyun olub. 
5e6eb319-32e3-4321-98c5-8c9d1c7a3dc0.jpg (114 KB)
Bu fakt bir daha rəsmi İrəvanın riyakar xarici siyasətini ortaya qoyur, onun regional sülhdə və əməkdaşlıqda maraqlı olmadığını, Fransa timsallı ölkələr hesabına revanşist planlardan əl çəkmədiyini təsdiqləyir. Demək ki, Paşinyan hökuməti nəticələrinə də hazır olmalıdır.
İran sammitində Ermənistan təklənmiş sayıla bilər. Çünki onun yanlış siyasətini bölgənin heç bir ölkəsi dəstəkləmir və dəstəkləməyəcək. Tehran görüşünün əsas yekunu elə bu sayıla bilər. XİN rəhbərlərinin sammitində qəbul edilən yekun bəyanat da bundan xəbər verir.
Bunu əslində İrəvana İran “şallağı” da adlandırmaq olar (İran – burada məkan, coğrafi anlamdadır). Qalır təsirini gözləmək.../Musavat.comскачать dle 12.1