Bia.Az

Tibb bacısı küçədə ərini öldürdü - Sonra özünə qəsd etdi

Cəmiyyət
 24-10-2023, 01:24     355

Mersinin Mut qəsəbəsində boşanma prosesində olan tibb bacısı Şuayip Kaya (39) həyat yoldaşı Ayfer Kayaya (42) işlədiyi xəstəxananın dayanacağında tapança ilə atə. açaraq vurduqdan sonra özü də intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gecə saatlarında Mut Dövlət Xəstəxanasının dayanacağında baş verib.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Həkim qrupları cütlüyün öldüyünü müəyyən edib. Kaya cütlüyünün cəsədləri müayinədən sonra morqa aparılıb.

Bildirilib ki, Şuayip və Ayfer Kaya cütlüyünün 10 və 4 yaşlı iki övladı var, onlardan biri xərçəng xəstəliyindən müalicə olunur.скачать dle 12.1