Bia.Az

60 ölkə toplanır: Əsədovla Paşinyan danışacaq

Siyasət
 23-10-2023, 15:36     339

Oktyabrın 26-27-də Tiflisdə Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədovun iştirakı gözlənilən “İpək Yolu”nun dördüncü beynəlxalq forumu keçiriləcək.

Axar.az xəbər verir ki, hər iki baş nazirin tədbirin spikerləri kimi çıxış edəcəkləri gözlənilir.

Builki forumun 60-dan çox ölkədən 2000-ə yaxın iştirakçını, o cümlədən siyasi və biznes liderlərini, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcəyi gözlənilir.

Konfransda müzakirə olunan əsas mövzular bunlardır: yeni Şərq-Qərb ticarət arxitekturası, Orta Dəhlizin artan rolu, rəqəmsal əlaqə, enerji sektorunda diversifikasiya, turizmin davamlılığı və davamlı gələcək üçün şaxələndirilmiş investisiyalar.скачать dle 12.1