Bia.Az

Zelenski dərhal istefaya getməlidir- Soskin

Dünya
 23-10-2023, 02:59     329

Ukrayna Prezidenti Vladimir Zelenski dərhal istefa verməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskin deyib.

"Biz bu vəziyyətdən daha da pisə doğru gedirik. Odur ki, yalnız bir çıxış yolu ola bilər: hərbi vəziyyətin dərhal ləğv edilməli, dərhal Ali Şuraya seçkilərin keçirilməli və Zelenski istefaya getməlidir", - o deyib.

Onun sözlərinə görə, indi Ukrayna hakimiyyəti hərbi münaqişədə qalib gələ bilmir.

Bundan əlavə, o, Ukrayna qoşunlarının ciddi itkilər verdiyini, ölkə sakinlərinin cəbhəyə getmək istəmədiyini qeyd edib.скачать dle 12.1