Bia.Az

“Oyun bitdikdən sonra Ermənistan...” - Mixaylov

Dünya
 22-10-2023, 16:12     303

“Qərb Ermənistandan öz məqsədləri üçün istifadə etməyə, yəni Rusiya sərhədlərində xaos və qeyri-sabitlik yaratmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

Ekspert Qərbə inteqrasiyanı sürətləndirən və Rusiyaya qarşı addımlarını sərtləşdirən Ermənistan Baş naziri Nikol Paşinyanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə müqayisə edib. Onun sözlərinə görə, Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Rusiyanı Ermənistanın maraqlarını qorumamaqda və onu devirməyə çalışmaqda günahlandırıb. Mixaylov qeyd edib ki, Ermənistanın bu təxribatçı bəyanatları Fransa tərəfindən dəstəklənir. O hesab edir ki, Paşinyan boş yerə Ermənistandan öz məqsədləri üçün istifadə etməyə çalışan ABŞ və Fransaya arxalanır.
Mixaylovun fikrincə, regiondakı xaosdan sonra Qərb tərəfdaşları Ermənistanı tərk edəcəklər.

“Ermənistan Rusiyaya həm ticari baxımdan, həm də ölkəmizə köçən vətəndaşları ilə bağlıdır. Bu səbəbdən Ermənistan iqtisadiyyatı ayaqda durur. Bir çox erməni Rusiyada işləyir və vətəndəki qohumlarına pul göndərir. Qərbin Ermənistanla oyunu bitəndə Ermənistan yenə də Moskvaya boyun əyməli olacaq, amma ümid edirəm ki, indi etdiklərinə görə Paşinyana heç nə olmayacaq”, - Mixaylov vurğulayıb.скачать dle 12.1