Bia.Az

Erməni girovluğunda olmuş məşhur azərbaycanlıdan Xaçaturyanla bağlı ŞOK TƏKLİF

Cəmiyyət
 19-10-2023, 16:17     329

Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri – Vaqif Xaçaturyanın məhkəməsi davam edir. V.Xaçaturyanın istintaq dövründə və məhkəmə prosesi zamanı bütün ehtiyacları qarşılanıb. O, ailəsi ilə əlaqə saxlayır, normal qidalanır, özünü müdafiə edə bilir. Azərbaycan tərəfi ona heç bir zorakılıq etməyib, işgəncədən isə söhbət gedə bilməz.

Vaqif Xaçaturyanın məhkəməsi azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin istintaq prosesini gündəmə gətirib. İctimaiyyət hər iki məhkəməni müqayisə edir.
Maraqlıdır, azərbaycanlı əsirlərlə necə davranılıb?
Məsələ ilə bağlı Globalinfo.az Dilqəm Əsgərovla əlaqə saxlayıb.
O, məhkəmə prosesini izlədiyini bildirib:
“Vaqifin məhkəmə prosesini izlədim. Amma heç ürəyimcə deyil, şahidlər danışırlar. Şərait yaradın, adam özü törətdiyi cinayətləri dilə gətirsin. Dünya da onun kim olduğunu öz dilindən eşitsin”.

Dilqəm Əsgərov
D.Əsgərov girov götürülərkən işgəncələrə məruz qaldığını deyib:
“İstintaq dövrü zamanı düz bir il işgəncələrə məruz qalmışam. Məni 3 dəfə “tok”a veriblər, barmaqlarımı qırıblar, olmazın işgəncəsini veriblər. Düzdür, düşmən olsaq da gərək kişi kimi düşmənçilik edək, hər şeyi yalansız olduğu kimi danışaq. Etiraf edim ki, Şuşa həbsxanasına gəldikdən sonra mənə toxunan olmadı, işgəncə verilmədi. Birinci kamerada da tək yatırdım”.
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Girovlardan biri Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb. Ermənistan tərəfi Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” quraraq, D.Əsgərova ömürlük, Ş.Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzası vermişdi. Lakin 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun Bakıya gətirilməsi təmin edilib.скачать dle 12.1