Bia.Az

Azərbaycanda bu gün səhər baş verən DƏHŞƏTLİ cinayətlə bağlı YENİ XƏBƏR - HADİSƏNİ TÖRƏDƏN MƏŞHUR ŞƏXS OLUB /FOTO (EKSKLÜZİV)

Cəmiyyət
 19-10-2023, 15:50     255

Bakıda Ağır cinayəti törədən, məşhur gəmi kapitanı olub.

Referans.az -ın əldə etdiyi məlumata görə, paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində baş vermiş ağır cinayətin bəzi təfərrüatı məlum olub. Məlumata görə, gəlini, 59 yaşlı Gülnarə Dadaşovanı öldürməkdə şübhəli bilinən 88 yaşlı Yaşar Dadaşov məşhur gəmi kapitanı olub. 
 
O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin veteran əməkdaşıdır. Məlumatlara görə, 1955-ci ildə təhsilini bitirdikdən sonra Xəzər Dəniz Gəmiçilik İdarəsinin “Komsomolsk” sərnişin gəmisində kapitanın 3-cü köməkçisi kimi işə başlayıb. 1960-cı ildə baş köməkçi vəzifəsinə yüksəlib. Təcrübəli dənizçi uzun müddət xarici sularda da üzüb. O, səmərəli əmək fəaliyyətinə görə bir çox orden və medallara, o cümlədən 2003-cü ildə “Şöhrət” ordeninə layiq görülüb.








скачать dle 12.1