Bia.Az

Xaricdə yaşayan iranlılar koronavirusa görə BMT-yə müraciət etdilər

Siyasət
 28-02-2020, 12:00     427

Xaricdə yaşayan iranlılar koronavirusa görə BMT-yə müraciət etdilərXaricdə yaşayan iranlı gənclər Birləşmiş Millətlər Təşkilatına müraciət ediblər.

İrna-nın xəbərinə görə, onlar koronavirusla mübarizə aparan İrana qarşı sanksiyaların dayandırılmasını tələb edirlər.

İranlı gənclər BMT-nin baş katibinə və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoruna müraciət ünvanlayıblar.

Onlar koronavirusla mübarizə və günahsız insanların həyatını xilas etmək üçün iqtisadi sanksiyaların ləğv edilməsini istəyiblər.

İran artıq edpidemiya ilə mübarizə üçün təhsil müəssisələrini bağlayıb, kütləvi tədbirlərin keçirilməsini qadağan edib.

Həkimlər isə koronavirusla mübarizəyə iqtisadi sanksiyaların mane olduğunu açıqlayıblar.скачать dle 12.1