Bia.Az

Quba camaatı etiraza qalxdı icra başçısı təcili aksiya yerinə getdi - VİDEO

Gündəm / Cəmiyyət
 6-05-2020, 17:50     986

Quba camaatı etiraza qalxdı icra başçısı təcili aksiya yerinə getdi - VİDEO

Quba rayonunda təsərrüfatların sulanmasında problem yaranıb. Əkin sahələrini suvarmaq istəyən fermerlər suyun olmamasından əziyyət çəkirlər.

BİA.az-ın məlumatına görə, sakinlər deyirlər ki, hazırda ən çox ehtiyac olduğu vaxtda əkin sahələrini və bağlarını suvara bilmirlər.

Sakinlər iddia edib ki, ərazidə suvarma kanalının olmasına baxmayaraq, onlara həmin mənbədən su götürməyə imkan verilmir.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon Polis Şöbəsinin rəisi Süleyman Nemətov gəlib.

İcra başçısı bildirib ki, bir həftə əvvəl icra hakimiyyətində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı operativ qərargah yardılıb: “Bildiyiniz kimi dövlət başçısı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb. Bizə məktub göndərilib. Biz yerli icra qurumları ilə birlikdə müzakirələr aparıb, təkliflərimizi Tədbirlər Planı üçün hazırlamışıq. Bir az səbr etmək lazımdır. Hazırda həm içməli, həm də suvarma suyu ilə bağlı məsələlərin mərhələli həll yollarına çalışırıq”.

скачать dle 12.1