Bia.Az

Bayrağımız Xankəndidə - ermənilərdən gözlənilməz reaksiya

Siyasət
 16-10-2023, 16:10     302

15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Azırbaycan bayrağını qaldırması və separatçıların uzun müddət istifadə etdikləri binanı gəzməsi erməni mediasında da reaksiya doğurub.

Axar.az xəbər verir ki, gözlənildiyinin əksinə olaraq, erməni sosial şəbəkələrində bəzi şəxslərin çılğın reaksiyası istisna olmaqla, proses geniş əks-səda doğurmayıb. Əksinə, Ermənistan mediası İlham Əliyevin Xankəndi və ətraf ərazilərə, o cümlədən Kərkicahan və Malıbəyliyə səfərini geniş işıqlandırıblar.


Ermənilər arasında keçirilən sorğularda isə onların reallıqla hesablaşdıqları, həmçinin baş verənlərdə özlərini günahkar saydıqları görünür. Sorğu iştirakçıları “Azərbaycanlılar Qarabağı bizdən çox sevdikləri üçün o yerlərə sahib oldular” deyə münasibət bildiriblər.скачать dle 12.1