Bia.Az

Xankəndidəki erməni: Fahişə ermənilərdən yaxşıdır - Video

Cəmiyyət
 16-10-2023, 15:41     267

Azərbaycanlı operator Hikmət Əsgərov Xankəndi şəhərində qalan erməni sakinlə həmsöhbət olub.

Axar.az xəbər verir ki, Mişa adlı həmin şəxs 63 yaşının olduğunu və Xankəndidə doğulduğunu deyib.

“Artıq bir həftədir, burda hamı məni tanıyır, hörmət edir, yemək verir. Hətta dünən general mənə maşın verdi, gedib Ballıcada kəndimi, heyvanlarımı gördüm, qəbiristanlığa getdim. Buradakı bütün ermənilər qaçdı, yalnız 5-6 adam qalıb. Ermənilər deyirdilər ki, bu torpaqlar bizimdir. Əgər torpaq sənindirsə, niyə qaçdın? Utanıram ki, ermənilər qorxaqcasına qaçdılar”, - erməni bildirib.

Xankəndi sakini qaçan ermənilərin şəhərdəki bəzi mağazaları, dükanları, hətta azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını da etiraf edib.
Onun sözlərinə görə, ermənilərin 85 faizi alçaqdır, hətta fahişə də onlardan yaxşıdır.

скачать dle 12.1