Bia.Az

Xankəndiyə komendant təyin edilən general kimdir? – Dosye

Cəmiyyət
 16-10-2023, 02:33     354

Xəbər verdiyimiz kimi, polis general-mayoru Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib.

Axar.az xəbər verir ki, Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

S.Səfərov 2022-ci ildə Prezidentin sərəncamı ilə general-mayir rütbəsinə layiq görülüb.

“Hərbi xidmətlərə görə”, "İgidliyə görə", “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.скачать dle 12.1