Bia.Az

Ölkəmizdə YENİ “TREND” – Xanımlar başqa qadınlara pul ödəyib ərlərini YOXLATDIRIRLAR – FOTOFAKT

Cəmiyyət
 13-10-2023, 12:06     424

Son zamanlarda başqa qadınlara pul verərək sosial şəbəkə üzərindən həyat yoldaşlarını yoxlatdıran xanımlara tez-tez rast gəlirik. Müxtəlif sosial platformalarda bununla məşğul olan hesablar da kifayət qədərdir. Cəmiyyətdə isə bu məsələyə baxış heç də birmənalı deyil. Bəziləri qadınların qısqandıqları üçün həyat yoldaşlarını yoxlamalarını doğru hesab edirlər. Əksəriyyət isə bu cür davranışları heç də müsbət hal kimi qəbul etmir. İstənilən halda, bu işlə məşğul olanların sayının günbəgün artması sözügedən “xidmət”ə tələbin böyük olduğunu deməyə əsas verir.

Bəs, belə halların çoxalmasına səbəb nədir?

 Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, qadınlar onların da insan haqlarının olduğunu dərk etdikləri üçün ayılıblar:

“Çox vaxt eşidirik ki, kişilər, qayınanalar şikayətlənirlər ki, “indiki qızlar ayılıb, onlar kişidən xəyanət etməməyi tələb edirlər”. Çünki əvvəllər kişi nə istəsə eləyirdi, gəzirdi, “əsas odur ki, sonunda evinə gəlirdi”.

Əslində isə qadınlar onların da insan haqlarının olduğunu dərk etdikləri üçün ayılıblar. Yəni kişi gəzəyəndirsə, evə infeksiya, xəstəliklər gətirir. Sonra da bu infeksiya qadına, ondan da uşağa keçir. Təbii ki, hər bir xanımın özəl haqqıdır ki, ərinin ona xəyanət etməyinin qarşısını alsın. Lakin bir çox kişilərdə və ya qadınlarda adını qısqanclıq qoysalar da, paranoya, şübhəçilik xəstəliyi olur. Fərqində olmasalar da, onlar bu xəstəlikdən əziyyət çəkirlər”.

Paranoya elə xəstəlikdir ki, o, çətin müalicəyə tabe olur...

“Bu xəstəlikdən əziyyət çəkənlər nə özləri bir gün görüb yaşayır, nə də həyat yoldaşlarına və ətrafındakı insanlara gün verib-işıq verirlər. Belə halda, təcili surətdə psixoterapevtik müalicə götürmək lazımdır. Lakin qadınların yoldaşlarının xəyanət etməyinə dözümsüz yanaşmaqları individual dəyərləndirilməlidir.

Baxmaq lazımdır ki, ailədə nə baş verir, münasibətlər nə yerdədir, xəyanət nədən irəli gəlir?! Bütün bunlar psixoloji olaraq aradan qaldırılmalıdır ki, ailədə konflikt olmasın. Çünki bu kimi problemlər ilkin olaraq, uşaqlarda da travma yaradır”.





Fскачать dle 12.1