Bia.Az

Azərbaycanlı miqrant Kolumbiya sahillərində xilas edildi - 2 nəfər saxlanıldı

Cəmiyyət
 12-10-2023, 01:50     452

Kolumbiyanın sahil mühafizəsi xidmətinin əməkdaşları ölkənin San-Andres adası sahillərində keçirdikləri əməliyyat zamanı Azərbaycan vətəndaşı olan miqrant xilas edilib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, miqrantlar Azərbaycanla yanaşı, Ekvador, Venesuela və Çilidəndir. Miqrantların ümumi sayı 32 nəfərdir. Əməliyyat zamanı qanunsuz miqrant fəaliyyəti ilə məşğul olduğuna saxlanılanlar var.

San Andres adasının sahil mühafizəsinin regional komandiri Eduardo Solano Prada qanunsuz miqrantların Ekvador, Venesuela, Azərbaycan və Çili vətəndaşları olduğunu təsdiqləyib.

O, qeyd edib ki, faktla bağlı iki nəfər saxlanılıb. Prada saxlanılan şəxslərdən birinin daha əvvəl üç dəfə miqrant qaçaqmalçılığına görə yaxalandığını deyib.

Miqrantlar Kolumbiyanın Miqrasiya Xidmətinə təhvil veriləcək.скачать dle 12.1