Bia.Az

SEPAH komandiri ratsiya ilə Baydenə “zəng etdi”

Dünya
 12-10-2023, 01:43     406

Ərdəbil əyalətinin Parsabad (Muğan) bölgəsinin SEPAH komandiri Əli Pircahidi yerli sakinlərin qarşısında çıxışı zamanı əlindəki ratsiya ilə ABŞ Prezidenti Co Baydenlə “birbaşa danışdığını” iddia edib.

Axar.az xəbər verir ki, SEPAH komandirinin sözügedən çıxışı sosial media kanallarında geniş yayılıb.

“Axmaq, qoca Co Bayden, eşidirsən? Sənin islam inqilabına qarşı düşmənçilikdən əldə etdiyin yalnız fars dilini öyrənməyin oldu. Bu il ABŞ küçələrində əzadarlıq mərasimləri təşkil etdik, qarşıdakı il ABŞ şəhərlərində küçələrin adlarını dəyişəcəyik”, - o, “danışığı” zamanı deyib.
İranlı sosial media istifadəçiləri Pircahidinin ABŞ Prezidenti Co Baydeni təhdid etməsinə istehza ilə yanaşıb. Onun bu çıxışı isə müzakirə mövzusuna çevrilib.скачать dle 12.1