Arxiv

Oxunub:11 / 06 sen 05:29dunya, idman

Arda Turanın qiyməti rekord həddə düşdü — Transfer qiyməti ucuzlaşan futbolçular



Arda Turanın qiyməti rekord həddə düşdü — Transfer qiyməti ucuzlaşan futbolçular















“Başakşehir” klubunun oyunçusu Arda Turanın qiyməti düşüb.

“Ölkə.Az” xəbər verir ki, Ardanın qiyməti 85% ucuzlaşaraq 28 milyon avrodan 4 milyon avroya düşüb.

Türkiyə Super Liqasında Ardadan başqa digər futbolçuların da qiyməti düşüb. Siyahıda ikinci yerdə “Fənərbaxça” klubunun oyunçusu Roberto Soldado var. 2017-ci ildə transfer qiyməti 16 milyon avro olan Robertonun indiki qiyməti 2.5 milyon avrodur.

Üçüncü sırada Gökhan Törenin adı var. 14 milyonluq qiymət 78.6% ucuzlaşaraq 3 milyon avroya düşüb.

Dördüncü yerdə Fernandodur. Onun qiyməti 16 milyon avrodan 5.750 milyon avroya düşüb.
“Galatasaray” klubunun Muslera və Medel kimi oyunçuları da siyahıdadır. Musleranın transfer dəyəri 14 milyon avrodan 6 milyona, Musleranın qiyməti isə 13 milyondan 5 milyon avroya düşüb.

7-ci yerdə Mehmet Topal qərarlaşıb. 7.5 milyon avroluq qiymət itirən futbolçu 75% ucuzlaşıb.

“Bursaspor”un kirayəyə götürdüyü Diafra Sakho 12 milyondan 5 milyona, Slimani 25 milyondan 18 milyona, Lens də 11 milyondan 4 milyon avroya qədər ucuzlaşan futbolçulardandır.