Bia.Az

Bu ərzaq məhsulları BAHALAŞDI - SİYAHI

Sosial
 11-10-2023, 17:42     514

Bu ilin sentyabrında qida məhsullarının qiymət səviyyəsi əvvəlki aya nisbətən 0,6 faiz artıb.
 
Sfera.az xəbər verir ki, sentyabrda ərzaq məhsullarından daha çox bahalaşma mal və qoyun ətində, təzə balıqda, yumurtada, bananda, gavalıda, şaftalıda, pomidorda, xiyarda, göy lobyada, bibərdə, badımсanda, yerkökündə, çuğundurda, kartofda, sarımsaqda müşahidə edilib.
 
Ən çox ucuzlaşma isə əsasən qarabaşaq yarmasında, unda, makaron məmulatlarında, toyuq ətinda, yoqurtda, kərə və bitki yağlarında, almada, kələmdə, balqabaqda, soğanda, şəkər tozunda, konfetlərdə, çayda, limonadda, araqda qeydə alınıb.
 
Ümumilikdə, mal qrupları üzrə götürdükdə tərəvəzlər daha çox bahalaşıb. Tərəvəzlərin qiyməti ay ərzində 5,9 faiz artıb. Bahalaşma sürətinə görə ikinci sırada yumurta (1,3 faiz), üçüncü sırada balıq və balıq məhsulları (0,7 faiz) gəlir.
 
Qiymət dəyişikliyi göstərir ki, əgər sentyabrda tərəvəzlərdə bahalaşma olmasaydı və ya çox az olsaydı, o halda, aylıq müqayisədə ərzaq qiymətləri enmiş olacaqdı.скачать dle 12.1