Bia.Az

Ermənistan MN-də “Zəngəzur Dəhlizi” müzakirələri: yol açıldıqdan sonra hansı işləri görəcəklər?

Gündəm
 11-10-2023, 16:51     302

Bəlli olduğu kimi, 2020-ci ildən bəri Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizi məsələsi ətrafında fikir ayrılığı davam edir. JAMAZ.İNFO xəbər verir ki, rəsmi Bakı Azərbaycanı Naxçıvanla birləşdirən maneəsiz yol verilməsini tələb edir.

“Zəngəzur Dəhlizi” kimi tanınan bu yolla bağlı Ermənistanın mövqeyi isə başqadır. Onlar iddia edirlər ki, dəhlzi deyil, ərazilərindən onların nəzarətində olan yol verə bilərlər.

Qeyd edək ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan “Birinci Kanal”a müsahibəsində də bu fikri səsləndirib. O bildirib ki, Meğri üzərindən yolun açılmasına heç bir maneçilikləri yoxdur. Sadəcə, bu yol dəhliz statusu ilə fəaliyyət göstərə bilməz.

Bütün bu müzakirələrin fonunda Ermənistan mediası sensasiyalı məlumat yayıb. Oragir.News-un xəbərinə görə, ötən həftə Ermənistan Müdafiə Nazirliyində yüksək rütbəli hərbçilərin iştirakı ilə müzakirə keçirilib. “Müzakirə mövzusu Zəngəzurdan dəhliz veriləcəyi təqdirdə Müdafiə Nazirliyinin hansı işləri görməli olduğu olub. Mənbəmizin sözlərinə görə, müzakirə işçi xarakterli olub. Müdafiə Nazirliyinin müxtəlif ssenarilər əsasında atacağı addımlar müzakirə edilib”.скачать dle 12.1