Bia.Az

Paşinyanın adamı Yerevan meri seçildi

Dünya
 10-10-2023, 19:00     305

Oktyabrın 10-da Yerevan Şəhər Şurasının yeni tərkibdə ilk iclası keçirilib, hakim Vətəndaş Sazişi Partiyasının təmsilçisi Tiqran Avinyan paytaxt meri seçilib.

1989-cu il təvəllüdlü Tiqran Avinyan Yerevanda tətbiqi riyaziyyat, Londonda iqtisadiyyatın riyazi modelləşdirilməsi üzrə ali təhsil alıb. Vətəndaş Sazişi Partiyasının qurucularındandır. 2018-2021-ci illərdə baş nazirin müavini, 2022-ci ildən Yerevan merinin müavini olub.

65 nəfərlik Yerevan Şəhər Şurasına sentyabrın 17-də keçirilmiş seçkidə Vətəndaş Sazişi Partiyası 24, Milli Yüksəliş Partiyası 14, Ana Ermənistan bloku 12, Respublika Partiyası 8, İctimai Səs Partiyası 7 mandat qazanıb.

Novator.az-ın məlumatına görə, Milli Yüksəliş Partiyası və Ana Ermənistan bloku 10 oktyabr iclasını boykot ediblər, mer postuna isə yalnız Tiqran Avinyanın namizədliyi irəli sürülüb.

Vətəndaş Sazişi Partiyasına baş nazir Nikol Paşinyan sədrlik edir. O, baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib. 2018-ci il dekabrın 9-da onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də Vətəndaş Sazişi Partiyası parlament seçkilərini udaraq təkbaşına hökumət qurub.скачать dle 12.1