Bia.Az

Markosyan: "Çox təəssüf ki, Bakı Köçəryanı həbs etmədi"

Dünya
 10-10-2023, 17:29     290

Qarabağın satqın "prezidentlərinin" simvolik və biabırçı sonu Ermənistan və Azərbaycan tarixinin salnaməsinə düşəcək.

Musavat.com axar.az-a istinadən bildirir ki, bunu erməni fəal Usik Markosyan deyib.

"Eyni vaxtda (toplu şəkildə) üç keçmiş "prezident" həbs edilib: Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan. Ən əsası isə onlar düz sülhməramlı qüvvələrin qərargahında qandallandılar. Gülməli, həm də üzücüdür ki, bu, ermənilərin deyil, azərbaycanlıların uğurudur. Qarabağın ilk "prezidenti" Robert Köçəryanın bu siyahıda olmaması da təəssüf doğurur. Ümid edək ki, heç olmasa, Ermənistan ona qandal vuracaq", - o bildirib.скачать dle 12.1