Bia.Az

Nobel statistikası

Dünya
 10-10-2023, 01:26     413

Novator.az Nobel mükafatı üzrə rəsmi statistikaya nəzər salıb.

1901-2023-cü illərdə 965 şəxs və 27 təşkilata mükafat verilib. 358 Nobel bir laureata qismət olub, 147 mükafat iki, 116 mükafat üç laureat arasında bölünüb.

5 nəfər iki dəfə, 1 təşkilat üç dəfə, 1 təşkilat iki dəfə Nobel alıb.

Ölkələrə gəlincə, ilk beşlikdə qərar tutan ABŞ-ın 412, Böyük Britaniyanın 138, Almaniyanın 115, Fransanın 76, İsveçin 34 Nobeli var.
Rusiya 1991-ci ildə dağılmış Sovet İttifaqı ilə birgə 30 mükafata sahib çıxıb.

Yaponiya 29, Kanada 27, İsveçrə və Avstriya 25, Niderland 22 mükafat əldə edib.

Hazırda Nobel mükafatı 6 nominasiya üzrə verilir: fiziologiya və tibb; fizika; kimya; ədəbiyyat; sülh; iqtisadiyyat.скачать dle 12.1