Bia.Az

Nə qədər ərazi işğalda qalır?

Cəmiyyət
 10-10-2023, 01:23     397

Azərbaycanın 86600 kvadrat kilometr ərazisi var. Novator.az bildirir ki, qeyri-rəsmi hesablama 124,1 kvadrat kilometr ərazinin işğalda qaldığını göstərir.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərb bölgəsini və Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndini ələ keçirib.

2020-2023-cü illərdə Azərbaycan cənub-qərb bölgəsini (Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayonları, Xankəndi şəhəri və keçmiş Ağdərə rayonu) azad edib.

İşğalda qalan 8 kəndin ümumilikdə ərazisi 124,1 kvadrat kilometrdir. “Turan”ın arayışına görə, Sədərək rayonunun Kərki kəndinin 19,2 kvadrat kilometr, Qazax rayonunun Bağanıs Ayrım kəndinin 40, Sofulu kəndinin 22, Qızılhacılı kəndinin 11, Barxudarlı kəndinin 10,1, Aşağı Əskipara kəndinin 9,1, Yuxarı Əskipara kəndinin 8,6, Xeyrimli kəndinin 4,1 kvadrat kilometr ərazisi var.

Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

Azərbaycan 1992-ci ildə Ermənistan ərazisinin bir hissəsini – indi Gədəbəyin Başkənd kəndinə aid olan torpaqları tutub. Başkəndin (anklav) ərazisinin 40 kvadrat kilometr olduğu vurğulanır.

2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələr nəzarətə götürülüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır, 140 kvadrat kilometrə yaxın torpaq itirdiyini iddia edir.скачать dle 12.1