Bia.Az

Azərbaycanlılar təyyarə ilə şaftalı ağacı apardılar, ermənilər isə... - Antalyadan geri qaytarıldı

Cəmiyyət
 10-10-2023, 01:16     386

Türkiyənin Antalya Hava Limanında Azərbaycan və Ermənistandan gedən sərnişinlərdən gömrük əməkdaşları maraqlı qaçaqmal ələ keçirib.
Qaynarinfo-nun məlumatına görə, Türkiyənin Antalya Hava Limanı bu ilin 7 ayının hesabatını açıqlayıb.

Açıqlamada bildirilir ki, Azərbaycandan gələn iki sərnişinin baqajında aparılan yoxlamalar nəticəsində 196 min 498 lirə dəyərində 5 min 350 ədəd kökü olmayan şaftalı tingi aşkar edilib. Sərnişinlərin məhsulları geri (deport) qaytarılıb.

Ermənistandan gələn sərnişinin baqajının rentgen müayinəsi və fiziki nəzarəti nəticəsində 15,3 kiloqram ağırlığında və 55 min 82 lirə dəyərində insan saçı götürülüb.

Rusiyadan gələn sərnişinin çamadanından isə 245 kiloqram ət və ət məhsulları aşkarlanıb. Sərnişinlərin məhsulları müsadirə olunub.

Qeyd edək ki, ümumilikdə Antalya Hava Limanında ilin ilk 7 ayında 51 milyon 477 min 242 lirə dəyərində qeyri-qanuni mal ələ keçirilib.скачать dle 12.1