Bia.Az

Makron bölgədə müharibəyə çalışır: Seçim Paşinyanındır

Gündəm
 9-10-2023, 13:20     307

Makron özünü prezident kimi yox, erməni diasporunun oyuncağı kimi aparır. O, erməniləri sevə, hətta Marseldə onlara dövlət qura bilər. Ancaq biz onun televiziya ekranı qarşısında öz kirli məqsədlərini pərdələmək üçün danışdığı nağıllara inanacaq qədər təcrübəsiz deyilik.

Bu sözləri Axar.az-a Fransanın Azərbaycana qarşı apardığı siyasət haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat Fransanın Cənubi Qafqaza girmək üçün Ermənistan və Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək niyyətində olduğunu bildirib:

“Fransa məğlub olmuş Ermənistanı və separatçıları dəstəkləyərək Cənubi Qafqazı yenidən qarışdırmaq istəyir. İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın da görüşdə iştirakı təklifi qəbul olunmadığı üçün Qranadadakı toplantıya qatılmağı rədd etməsi Makronun və onun planlarının başına endirilən dəmir yumruq effekti verdi. Fransa ilə Almaniyanın bölgəmizə heç bir aidiyyəti yoxdur. Siz bir hədsizliyin, arsızlığın dərəcəsinə baxın: həm Ermənistan və Azərbaycan arasındakı münasibətləri öz maraqlarına uyğun şəkildə yenidən dizayn etmək istəyirlər, həm də Türkiyənin sözügedən görüşə qatılmasına əngəl olaraq Azərbaycanı təkləməyə və tez-tələsik öz planlarına razı salmağa çalışırlar. Türkiyə bölgə ölkəsidir, Ağdamda Monitorinq Mərkəzindədir və Azərbaycanla Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə müttəfiqdir. Türkiyəsiz bölgədə heç bir proses olmamalıdır”.
Diplomat Qranadada Azərbaycanın imzası olmadan qəbul edilən bəyanata da toxunub:
“Cənab İlham Əliyev də Şarl Mişellə telefon danışığı zamanı da buna sərt etiraz etdi, həmçinin növbəti müharibə olacağı təqdirdə bunun məsuliyyətinin Ermənistanı silahlandıran Fransanın üzərinə düşəcəyini qarşı tərəfə qəti şəkildə çatdırdı. Bütün bunlarla bir şeyə nail olacaqlarını zənn edənlər Azərbaycanla bərabər Türkiyəni də qarşılarında görəcəklərini birdəfəlik anlamalıdırlar. Ermənistan rəhbərliyi isə əgər məntiqli davranmaq yerinə ard-arda uğradığı məğlubiyyətdən sonra yenə müharibə yolunu seçəcəyi təqdirdə dövləti məhvə sürükləyəcəyini bilməlidir. Qarşılarında qonşularla normal münasibət, sülh, inkişaf və Fransanın fitnəsi ilə müharibəyə girmək, fəlakətə sürüklənmək, məhv olmaq yolu var. Seçim özlərinindir”.скачать dle 12.1