Bia.Az

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı SON DƏQİQƏ açıqlaması

Cəmiyyət
 9-10-2023, 13:03     303

“Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı konsensus var və tezliklə, səfirlik fəaliyyətə başlayacaq”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani oktyabrın 9-da keçirdiyi brifinqdə bildirib.

Azərbaycan rəsmilərinin İrana səfərinə münasibət bildirən sözçü deyib ki, bu, iki ölkənin yüksək rütbəli rəsmiləri arasında siyasi, iqtisadi sahədə və Cənubi Qafqazda baş verən hadisələrlə bağlı danışıqların davamı idi: “Yaxşı müzakirələr və məsləhətləşmələr oldu”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehrana səfər edib, oktyabrın 6-da isə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana gəlib.//Reportскачать dle 12.1