Bia.Az

HƏMAS silahlıları ilə toqquşmalarda İsrailin 44 hərbçisi həlak olub

Dünya
 9-10-2023, 01:37     390

Fələstinin radikal HƏMAS hərəkatının yəhudi dövlətinin ərazisinə hücumu nəticəsində İsrail Müdafiə Qüvvələrinin azı 44 hərbçisi həlak olub.

“Report” xəbər verir ki, bu barədə ordunun sözçüsü Avixay Adrai “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

“İsrail ordusu indiyədək silahlılarla şiddətli toqquşmalarda əsgər və zabitlər də daxil olmaqla 44 hərbçisini itirib”, - Adrai deyib.

O, İsrail qüvvələrinin HƏMAS-ın yüzlərlə tərəfdarını zərərsizləşdirdiyini qeyd edib. HƏMAS yaraqlılarının hücumu nəticəsində ölən İsrail vətəndaşlarının ümumi sayı 700 nəfərə çatıb. Hücum zamanı 2,2 mindən çox israilli xəsarət alıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.скачать dle 12.1