Arxiv

Oxunub:16 / 24 sen 06:45sosial, gundem

Səfər Mehdiyevlə Əbülfəz Məlikovdan xalqa qarşı TƏHLÜKƏLİ OYUN - Ölkənin baş inhisarçısı DGK sədrinin özüdür ki var...



Səfər Mehdiyevlə Əbülfəz Məlikovdan xalqa qarşı TƏHLÜKƏLİ OYUN - Ölkənin baş inhisarçısı DGK sədrinin özüdür ki var...
















"Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün ölkədə monopoliyaya başçılıq etməkdədir". Bu sözlər daxil olan məqalədə yer alıb.

Xəbəri verən mənbə iddia edir ki, hələ 2016-cı ildə ölkə rəhbərliyi Gömrükdə monopoliyanın ləgv edilməsi və sahibkarlar üçün “Yaşıl koridor” yaradılmasını məqsədəuyğun hesab etmişdi". Mənbə bildirir:

"Bu qərara əsasən Transervis MMC ( Transbroker MMC) bağlanmalı və hər bir sahibkar sərbəst olaraq olkəyə istədiyi malı gətirə bilərdi. Nəzərinizə çatdıraq ki o vaxt olkəyə hansısa mal gətirmək istəyən sahibkar Transservice MMC-dən icazə almalıydı, yəni rüşvət verməliydi. 2016-cı ildə verilmiş qərara əsasən Transservice MMC-nin fəaliyyəti dayandırıldı".

Mənbə bildirir ki, bu qərarla barışmayan S.Mehdiyevlə Əbülfəz Məlikov yeni monopoliya sistemini yaratdılar: "Həmin vaxt ölkə prezidentinin sərəncamı ilə yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” ACS-nin İdarə heyətinin sədri Əbülfət Qocayevlə gizli razılığa gəlirlər. Bu razılaşmaya əsəsən ASC-yə rəhbərlik Broker Əbülfəzə (qeyri rəsmi ) verilir".

Beləliklə, Brokerin fəaliyyəti dolayı yolla bərpa edilmiş olur. Daha sonra mənbə dia.az-a bildirir:

"S.Mehdiyev gömrük rüsümlarının qaldırılmasına nail olaraq, sahibkarlara hiss olunmayacaq dərəcədə süni maneələr yaradaraq Brokerin yolunu açır. Əbulfəz Məlikov isə ASC-nin adı altinda gömrükdə güzəştli yollarla malların idxal və ixracını həyata keçirdir. Bir sozlə, olkə əhalisin həyatı təhlukə altindadır.

Çunki Ə.Məlikovun gətirdiyi malların heç biri laboratoriya yoxlanışından kecirilmir və mənşə sertifikatı tələb olunmur. Bu proseslərin əksəriyəti "meyvəli gömrüyü"ndə həyata keçirilir. Meyvəli Gömrük Terminalının Əbulfəz Məlikova aid olması onlara bütün bunları həyata keçirtmək üçün geniş imkanlar yaradır".

Olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...