Bia.Az

SON DƏQİQƏ! Separatçılar və hədəflər MƏHV EDİLDİ: "Nəfəs ala bilmirik"

Dünya
 6-10-2023, 14:41     460

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında 30 hədəfin məhv edildiyini, çoxlu sayda terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada hava əməliyyatlarının Suriyanın şimalındakl Tel Rıfat, Cizirə və Derik bölgələrində aparıldığı, separatçı terrorçuların istifadə etdiyi neft quyusu, mağara, sığınacaq və anbarların da daxil olduğu 30 hədəfin məhv edildiyi bildirilib.

Açıqlamada o da vurğulanıb ki, bu, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun təşkil edilib.
Terror təşkilatı PKK/YPG-nin qondarma sözçüsü France 24 kanalına açıqlama verib. "Türkiyə nəfəs almağımıza imkan vermir. Türk qüvvələri ölkənin şimalında irəliləyir" - o bildirib.скачать dle 12.1