Bia.Az

Paşinyan niyə xalqını istefa ilə qorxudur?

Gündəm
 6-10-2023, 14:34     477

Politoloq: “Ən müxtəlif vasitələrlə onun hakimiyyətinin ömrü uzadılır”

Ermənistanın baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb. O, bu barədə Ermənistan parlamentində danışıb. Paşinyan qeyd edib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olsa, yaxın saniyələrdə hakimiyyəti tərk edəcək.
Müxalifətçi deputatın sualını cavablandıran hökumət başçısı hakimiyyətdən yapışmadığını bildirib. Onun sözlərinə görə, vəziyyətin təhlili göstərir ki, o, istefa verərsə, vəziyyət daha da pisləşəcək.
Bəs bu açıqlama Paşinyanın həqiqətən də istefa barədə düşünməyə başlamasının işartısıdırmı? Paşinyanın indiki halda istefası Ermənistanın zərərinə, yoxsa faydasına olar?
İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan hakimiyyətə gələndə çox böyük vədlər vermişdi, çox böyük planlarının olduğunu bəyan etmişdi. Lakin zaman göstərdi ki, o, nəinki bu vədləri yerinə yetirmək, planları həyata keçirmək gücündə deyil, hətta dövlətin bir sıra böhranlara və çətinliklərə gəlib çıxmasına gətirib çıxardı: "Xüsusilə geopolitik sahədə atılan addımlar vektorları dəyişmək istiqamətində praktiki fəaliyyət bugünkü vəziyyətə gətirib çıxardı. Artıq Nikol Paşinyanın birbaşa özünə istefa ilə bağlı suallar verilir. Nikol Paşinyan isə hiyləgərcəsinə cavab verərək ölkəsinin təhlükəsizliyinin qarantının məhz özü olduğuna işarə edir. Əlbəttə, təhlükəsizlik sahəsində Ermənistanın böyük problemləri var. Bu problemlərin səbəblərindən biri də Ermənistanın baş naziridir. Digər tərəfdən, revanşist qüvvələrin fəaliyyətinin güclənməsi ölkənin problemlərindəndir. Bir tərəfdən də xaricdən təzyiqlər get-gedə artır. Əsasən də Rusiya Nikol Paşinyanı hakimiyyətdə görmək istəmir. Ona görə də təzyiqlərini artırır. Artıq İrəvanda çaxnaşmalar başlayır. İrəvan qarışır.  Ermənistanın müdafiə nazirinin istefaya getdiyi barədə xəbərlər yayılıb.  
Nikol Paşinyan da belə vəziyyətdə xalqını ölkənin təhlükəsizliyinin hələ də təhlükədə olması ilə qorxudur. O, bilərəkdən xalqa belə bir fikri təlqin edir ki, onun hakimiyyətdə qalması təhlükəsizliyin təminatıdır, hakimiyyətdən getməsi ölkəni daha böyük fəlakətlərə apara bilər. Paşinyanın istefası Rusiya üçün bir fürsət ola bilər. Nikol Paşinyanın arxasında dayanan qüvvələr, xüsusən də Qərb onun istefaya getməsini istəmir. Bunun üçün ona hər cür dəstək göstərilir. Ən müxtəlif vasitələrlə Nikol Paşinyan hakimiyyətinin ömrünü uzadırlar".
Politoloq qeyd etdi ki, Nikol Paşinyanın hakimiyyətdən getməsi sülh prosesinə zərbə vuracaq: “Çünki bütün öhdəliklərin əmələ gəlməsində, məsuliyyətin formalaşmasında və onların icrasında baş nazir Nikol Paşinyanın adı və imzası var. Buna görə də bu icra mexanizmlərinin fəaliyyətə başlamaması, sərhədlərin delimitasiya və demarkasiya olunmaması, anklavlar məsələsinin açıq qalması Nikol Paşinyanı hakimiyyətdə saxlayan əsas amillərdəndir. Lakin əlbəttə ki, geopolitik proseslər çox sürətlə gedir və dünən Nikol Paşinyana sülh naminə səs verən elektorat bu gün ona qarşı çıxa bilər. Amma belə görünür ki, Ermənistan müxalifəti də gücsüz və dişsizdir, praktiki olaraq Nikol Paşinyana qarşı heç nə eləmək iqtidarında deyil. Paşinyanı bir az da arxayınlaşdıran və istefa vermək qərarına gəlməkdən çəkindirən amil budur”.     
Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Paşinyan ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu təqdirdə, istefa verə biləcəyini Ermənistan xalqına “təhlükəsizlik mənim hakimiyyətdə olmağımdan asılıdır” mesajını çatdırmaq üçün bəyan edib: “Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq” - deyən Paşinyanın bu sözlərini belə oxumaq mümkündür: 1. Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır; 2. Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalıdır; 3. Ermənistan Rusiya hərbi bazasından imtina etməlidir. 4. İndiki hakimiyyət iş başında qalmalıdır. Paşinyan bunları etməzsə, Ermənistan özünün, dediyi kimi, həmişə pis vəziyyətdə olacaq"./Musavat.com/скачать dle 12.1