Bia.Az

Ya savadsızdır, ya da əclafdır - Putin

Dünya
 6-10-2023, 01:29     511

Əgər Kanada parlamentinin keçmiş sədri Ukrayna-Kanada nasistinin Hitlerin tərəfində vuruşduğunu bilmirsə, deməli, o, axmaqdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kanada parlamentinin keçmiş spikerinin Yaroslav Qunkonun II Dünya müharibəsi zamanı Ukraynanın müstəqilliyi uğrunda ruslara qarşı vuruşması barədə açıqlamasını şərh edərkən deyib.

Putin eks-spikerin çıxışının ya savadsızlığından, ya da onun əclaf olmasından xəbər verdiyini bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Kanadaya səfəri zamanı görüşə dəvət olunmuş “Qalisiya” diviziyasının 98 yaşlı veteranı Yaroslav Qunko bu ölkənin parlamentində alqışlarla qarşılanıb. Kanada İcmalar Palatasının spikeri Entoni Rot onun Ukraynanın müstəqilliyi uğrunda ruslara qarşı vuruşan II Dünya müharibəsi veteranı olduğunu deyib.

Bu, ölkədə böyük qalmaqal yaratdığından, spiker istefa verməyə məcbur olub.скачать dle 12.1