Bia.Az

Putin: Priqojin və digər sərnişinlərin cəsədlərində... - VİDEO

Dünya
 6-10-2023, 01:22     473

Yevgeni Priqojinin təyyarəsinə heç bir kənar təsir olmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
Putin bildirib ki, istintaqa əsasən, qurbanların cəsədlərində əl qumbaralarının hissələri tapılıb.

O vurğulayıb ki, araşdırma çərçivəsində təyyarə qəzasında həlak olanların bədənlərində spirtli içki və narkotik maddələrin olub-olmadığını müəyyən etmək üçün ekspertiza aparılmayıb. Lakin belə bir ekspertiza aparmağa dəyərdi.


Rusiya prezidenti onu da əlavə edib ki, Priqojinin şirkətinin Sankt-Peterburqdakı ofisində 10 milyard rubl nağd pul, həmçinin beş kiloqram kokain aşkarlanıb. 
 



скачать dle 12.1