Bia.Az

Cənubi Qafqazda sülhün bərqərar olması üçün UNİKAL ŞANS

Cəmiyyət
 4-10-2023, 17:22     511

Bəzi ekspertlər hesab edirlər ki, Qərbin, ilk növbədə də Fransanın Ermənistana münasibəti Ukraynaya münasibəti xatırlatmağa başlayıb. Qərb Ukraynanı konfrantasiyaya sürükləyib dəstək vəd etsə də, yavaş-yavaş onu Rusiyaya güzəştə getməyə vadar etməyə çalışır. Ermənistanı da bu aqibət gözləyirmi? Ümumiyyətlə, Ermənistanı Ukrayna ilə müqayisə etmək doğrudurmu? Resurs, güc, ordu faktorları var.

Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Ukraynadakı vəziyyət fərqlidir.

O xatırladıb ki, Rusiya Ukraynanı tarixi ərazisi hesab edir və üstəlik, Ukrayna xalqının tarixən mövcud olmadığını iddia edir:

129060_cktcqt4gsk.jpg (26 KB)

“Paralel aparsaq, ermənilər də eyni iddianı səsləndirirlər, amma ən azı bizim erməni olduğumuzu demirlər. Ukraynaya qarşı iddialar post-imperialist kontekstdə dəyərləndirilə bilər. Fransanın Ermənistanla bağlı siyasətinə gəlincə, bu destruktiv siyasətdir. Cənubi Qafqazda sülhün bərqərar olması üçün unikal şans yaranıb. Azərbaycan prezidenti tərəfindən bu istiqamətdə çağırışlar səslənir. Fransa sülh prosesində vasitəçilik üçün səy göstərsə də, birtərəfli şəkildə Azərbaycanı ittiham edir. Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. İmtina səbəblərindən biri Fransa ilə bağlıdır”.

F.Şəfiyev hesab edir ki, Fransanın Ermənistana silah-sursat verməsi, hərbi balansın dəyişməsi real deyil:

“Azərbaycanın 20 faiz ərazisi 30 il ərzində işğal altında olub. Fransa bu illər ərzində problemlərə heç bir reaksiya verməmişdi. ATƏT-in Minsk qrupunun üzvü kimi isə sadəcə formal fəaliyyət göstərirdi. 1993-cü ildə BMT qətnamələri qəbul ediləndə də Fransanın Azərbaycana münasibəti mənfi olmuşdu. Ermənistanda revanşist qüvvələrin yenidən baş qaldırması mümkündür. Mübarizənin davam etdirilməsi isə sülhə maneə yarada bilər”.скачать dle 12.1