Bia.Az

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? – RƏSMİ AÇIQLAMA

Sosial
 4-10-2023, 12:13     779

Sentyabrın 19-dan etibarən Azərbaycanda “Tiktok”a giriş məhdudlaşdırılıb.

Artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib.

Yaranmış vəziyyət ölkəmizdə on minlərlə “Tiktok” istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etdik.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə Aaçıqlamasında bildirilib ki, “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı qərarada hər hansı bir dəyişiklik yoxdur:

“Hazırda “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilənq qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Azərbaycanda “Tiktok”a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı barədə texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb.

“Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə “TikTok” platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır”- deyə Pərdəşünas  məlumatda qeyd edib.скачать dle 12.1