Bia.Az

Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - Reportaj/FOTO, VİDEO

Fakt
 4-10-2023, 11:26     687

Dövlət Neft Şirkətinin NZS qəsəbəsi ərazisindəki obyektlərinə yanğın təhlükəsi vəd edən
qanunsuz tikililərin qarşısı niyə alınmır?


Xatırlayırsınızsa, iki ay əvvəl paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular. Şükürlər olsun ki, havanın güclü küləkli olması ilə əlaqədar qısa müddətdə böyük bir sahəni əhatə edən yanğına hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədi. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da baş verən yanğın yerinə getmişdi.

Qeyd edək ki, həmçinin buradan qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.

Amma əlbəttə ki, belə faktları ört-basdır etmək çıxış yolu deyil. Sözsüz ki, Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verildi. Ancaq təəssüflər olsun ki, ərazidə təhlükənin mənbəyi potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyasıdır. Yuxarıda adlarını çəkdiyimiz qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.

Sakinlərdən bir neçəsi redaksiyamıza müraciət edərək bildiriblər ki, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib — becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.

Əməkdaşımız hasara alınmış ərazidə tikintisi aparılan obyektin görüntüklərini qeydə alıb.



Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.

Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB?
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB?
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB?

Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.

Maraqlı odur ki, əməkdaşımızın ərazidə olduğu vaxtda mühafizə polisinin əməkdaşları Socara məxsus olan texnika ilə ərazini təmizlətdirirdi. Sanki, növbəti satılacaq ərazinin «planirovkasını» hazırlayırdı.

Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB?
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB?
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB?

Məsul hesab etdiyimiz şəxslərə zəng vurub məsələ ilə bağlı mövqelərini öyrənməyə çalışdıq. Hərəsi bir yolla danışmaqdan yayındılar. Belə ki, Əli bəy “mən iclasa gedirəm, sonra danışarıq” deyib dəstəyi asdı. Sonra isə zəngimizi götürmədi. Mühəndis Məhərrəm “Mən kiməm ki? Verilən tapşırıqları yerinə yetirirəm” deyib yaxasını qırağa çəkdi. Hikmət bəy “mən gecə növbəsindən çıxmışam, yuxuluyam, danışa bilmirəm” dedi. Xətai RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da votsapla ünvanladığımız suallara aydınlıq gətirməkdən vaz keçdi.

Sakinlərlə söhbət əsnasında biz də müştəri qismində ev tikmək üçün icazəni kimdən almaq lazım olduğunu soruşduqda hər kəs Qafarın söz sahibi olduğunu bildirdilər.

Bununla belə cavabdeh qurum təmsilçilərinin mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq
скачать dle 12.1