Bia.Az

Bako Saakyan: əsl adı Bahadır olan qatil

Cəmiyyət
 4-10-2023, 01:39     439

Artıq Dövlət Təhlükəsizliyi Xidməti Qarabağdakı keçmiş qondarma rejimin keçmiş “prezidentləri” – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbs edildiyini bildirib.

Kult.az xəbər verir ki, həbs edilənlərdən biri – Bako Saakyan haqda tarixçi alim, dosent Zaur Əliyev ətraflı məlumat yayıb.
O bildirib ki, Qarabağda birinci müharibə zamanı Serj Sərkisyan, Monte Melkonyan, Vitali Balasanyan, Robert Köçəryan və digər qatillər ilə əlbir olan Bako Saakyanın əsl adı Bahadırdır:
“Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora xanım Qasımovanın dediklərinə görə, əsl adı Bahadır olan bu şəxs 1988-ci il Qarabağda separatçılıq baş qaldıran kimi adını Bakoya dəyişib.
Bako Saakyan Xankəndidə doğulub. 1998-ci ildə Qarabağdakı separatçı hərəkata qoşulanadək keçmiş muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. O, vaxtilə keçmiş muxtar vilayətin prokuroru olmuş İsaqulovla tanış olub. Onun sayəsində irəli gedib. Gənc yaşlarından narkotik aludəçisi olduğu üçün regionda narkotik bazarına nəzarət edib.
1990-cı illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. O, ASALA, Rusiya, PKK, İran və Fransada güclü əlaqələri olan adamdır. Xocalı soyqırımı günü Fransa məhz onun vasitəsilə ermənilərə silah, geyim, ərzaq və maliyyə yardımı göndərib. Hizbullah, PKK, ASALA kimi teror təşkilatlarının rəhbərləri ilə sıx əlaqəsi var. Narkotik, silah və insan alveri sayəsində milyonlar qazanıb.
Qarabağ separatçıları içərisində bütün terrorçuların etimadını qazanmış Bakonun əsas işi əsirləri ağır mülki işlərdə işlətmək olub. Qarabağda işğal olunan ərazilərdə binaları, evləri, qəbir daşları və idarələri əsirlərə sökdürüb, İrana satmaq onun vəzifəsi idi. Eyni zamanda əsir və girovları ağır işlərdə çalışması üçün xarici şirkətlərə pul ilə satırmış. Xocalıda, Meşəli, Qaradağlı və digər soyqırımlarda bunun işi erməni zabitlərindən pul ilə sağlam əsir və girovları alıb sonradan onları qul kimi işlətmək olub. Sağlam əsirləri seçmək üçün o, onları bərk döydürüb, neçə gün ac-susuz saxlayıb. Sağ qalanları qul edib.
Saakyan Xocalıya hücum əməliyyatına rəhbərlik edənlərdən biri olub. Uzun müddət terrorçu və insan alverçisi Laura Geverkovna Lalayan (ləqəbi Arnold) birgə əsir uşaqların orqanlarının satışını İran üzərindən Fransa bazarına çıxarmaq işində onunla həmkar olub. Sağlam olmayan əsir və girovları isə ağır işgəncələrə məruz qoyulması əmrini də məhz bu qatil verib.
Orqanı satışa çıxarılan uşaqları (qızları) zorlaması barədə məlumatlar var. Özünün dediyinə görə, körpə qızları zorlamaq onu “cavanlaşdırırmış”.
Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu” kitabında bu qatilin adı Xocalı soyqırımında qətllər törədənlər arasında çəkilir. Bako Saakyan keçmiş prezident Serj Sərkisyanın adamıdır və onlar birgə Amerikada “Erməni gücü” adlanan mafiyanın maliyyəçisidir. Böyük pulların Amerikada leqallaşdırılması bu mafiyanın əli ilə həyata keçirilir.
15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində baş verən faciənin şahidləri bu qatili yaxşı tanıyırlar. Bu faciə zamanı 9 azərbaycanlı mülki şəxs öldürülmüşdür. Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə qoyurdular. Məhz bu ermənilərə başçılığı Bako edirdi.
Qaradağlı soyqırımında Monte ilə birgə əsirləri dəmir qaba salıb od vurmaq əmrini verənlərdən biri də Bako olub.
Həmin günü terrorçu, “Çapıq Edo” adlı qatilin bir neçə yaralı əsgərin üstünə benzin tökərək, yanan kibrit çöpünü atmasına da Bakonun gülərək baxmasını şahid ifadələri təsdiqləyir.
Məhz onun əmrini icra etdikləri üçün də 12 mart 2014-cu il tarixində - Qaradağlının işğal edilməsinin 22 illiyini qeyd edən günü Bako onları Qaradağlıdakı tədbirə dəvət edərək, mükafatlarla təltif edib”.скачать dle 12.1