Bia.Az

Laçın postunda saxlanılan Melkumyan haqda maraqlı faktlar: – Ləqəbi niyə “Çolka” olub?

Cəmiyyət
 3-10-2023, 14:49     422

Xəbər verdiyimiz kimi, qondarma “Dağlıq Qarabağ Respublikasının” Milli Təhlükəsizlik Xidmətinin direktoru Ararat Melkumyan Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

BİA.az “Yeni Sabah”a istinadla bildirir ki, Melkumyan bu ilin yanvarında sözügedən “vəzifəyə” təyin edilmişdi.

O qondarma respublikanın ovaxtkı rəhbəri Arayik Arutyunyanın yaxın dostu idi.


Həmin vaxta kimi Ararat Melkumyan separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurası” katibinin müavini vəzifəsini daşıyırdı.
“General-mayor” rütbəsi daşıyan Ararat Melkumyan Qarabağ erməniləri arasında “Çolka” ləqəbi ilə tanınır. Saç düzümünə görə “Çolka” ləqəbi almış Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində anadan olub. Ararat Melkumyan separatçılar arasında nüfuzlu hərbçilərdən sayılırdı.


Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərəkata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.



Ararat Melkumyan ötən il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbaycana qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.


Melkumyana qondarma “Artsaxın milli qəhrəmanı” adı da verilmişdi.скачать dle 12.1